Modern.az

Eks-nazir Əli Nağıyev xəstəxanaya yerləşdirildi

Eks-nazir Əli Nağıyev xəstəxanaya yerləşdirildi

30 May 2013, 14:54

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev belində yaranan problemlə əlaqədar Türkiyənin İstanbul şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Bu barədə "publika.az"-a açıqlamasında Ə.Nağıyevin qardaşı Muxtar Nağıyev məlumat verib.

Ə.Nağıyevin bir müddət əvvəl belindən əməliyyat oldunduğunu vurğulayan M.Nağıyev deyib: "Ə.Nağıyev belinin əməliyyat olunan hissəsindən narahatlıq hiss etdiyi üçün İstanbulda yerləşən xəstəxanaya müalicəyə göndərilib. Hazırda həmin xəstəxanada müalicə alır, vəziyyəti normaldır. İnşallah, yaxın günlərdə müalicəsini bitirib sağ-salamat Azərbaycana qayıdacaq".

Xatırladaq ki, Ə.Nağıyev Yeni Azərbaycan Partiyasını yaradan 91 nəfərdən biridir. O, 1996-2006-cı illərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə Azərbaycanın Belarusda səfiri, 2009-2011-ci illərdə isə həm də Azərbaycanın Müstəqil Dövlətlər Birliyinin (MDB) nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama