Modern.az

Sərdar Cəlaloğlu fikrini dəyişdi: “Milli Şuraya qatıla bilərəm”

Sərdar Cəlaloğlu fikrini dəyişdi: “Milli Şuraya qatıla bilərəm”

30 May 2013, 15:18

“Rəsul Quliyev, Lalə Şövkət və digərləri yüz dəfə birləşib, ayrılıblar”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu mayın 28-də elan edilən Milli Şura ilə bağlı bəzi məqamlara toxunub. İlk gündən bu birliyə qarşı olduğunu deyən S.Cəlaloğlu Modern.az-a açıqlamasında Milli Şuraya qatıla biləcəyini qeyd edib.

“Burada bir qeyri-müəyyənlik var. İndidən bir şey demək mümkün deyil. Təbii ki, Milli Şuraya qoşula bilərəm. Hər şey aslıdır Milli Şuranın qarşısına qoyduğu məqsədlərdən. Bu məqsədlər bizim fikirlərimizlə üst-üstə düşəcəksə təbii ki, Milli Şuraya qoşulacağıq”-deyə ADP sədri bildirib.

S.Cəlaloğlu eks-spiker Rəsul Quliyev və Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkətin Milli Şurada təmsil olunmasının əhəmiyyətsiz olduğunu deyib. Onun sözlərinə Rəsul Quliyev və Lalə Şövkət Milli Şura üçün perspektiv vəd etmir.

“Rəsul Quliyevin, Lalə Şövkətin Milli Şurada təmsil olunması perspektivdən xəbər vermir. Onlar dəfələrlə birləşiblər. Burada perspektivdən söhbət getmir. Bu insanların Milli Şurada təmsil olunması başqa faktorlarla bağlıdır. Eyni insanlar, eyni güclərdir. Dəfələrlə müxtəlif formalarda birləşiblər. Heç nə də əldə edilməyib”.

ADP sədri daha müxalifət liderlərinin Rüstəm İbrahimbəyovun ətrafında birləşməsinin səbəbini açıqlayıb:

“Mənə elə gəlir ki, Azərbaycanda anti-demokratik şərait yaradılıb ki, hətta demokratik qüvvələr belə, özlərinin seçdiyi dəyərlərdən imtina etməli olurlar”.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama