Modern.az

Bakıda həyəcan - 3 körpüyə partlayıcı qurğu qoyulduğu haqda xəbər yayılıb

Bakıda həyəcan - 3 körpüyə partlayıcı qurğu qoyulduğu haqda xəbər yayılıb

31 May 2013, 09:59



Modern.az
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Daxili İşlər Nazirliyindən daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görmüş və əraziyə baxış keçiriblər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 06:52-də başa çatıb.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama