Modern.az

Sınaq imtahanının nəticələri bu tarixdə açıqlanacaq

Sınaq imtahanının nəticələri bu tarixdə açıqlanacaq

Təhsil

13 Fevral 2023, 16:32

Fevralın 12-də keçirilmiş sınaq imtahanında istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, 2023-cü il fevralın 12-də keçirilmiş sınaq imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış olmaq mümkündür.

 

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən sınaq imtahanının nəticələrinin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir