Modern.az

Azərbaycanda 3404 nəfəri heyvan dişləyib, quduzluğa yoluxanlar var

Azərbaycanda 3404 nəfəri heyvan dişləyib, quduzluğa yoluxanlar var

31 May 2013, 12:55


Bu ilin üç ayı ərzində 3404 nəfəri heyvan dişləyib. Respublika Taun Əleyhinə Stansiyanın Epidemioloji şöbə müdiri Rita İsmayılovanın Modern.az-a verdiyi məlumata görə, heyvan dişləmələrinin sayı ötən ilə nisbətən artıb. Şöbə müdirinin sözlərinə görə, ötən ilin ilk 3 ayı ərzində Azərbaycanda 1982 nəfəri heyvan dişləyib. Bu ilin üç ayı ərzində isə 3404 dişləmə hadisəsi baş verib:
“Heyvan dişləmələrin 90%-i it dişləməsi, 10%-i isə digər heyvanların payına düşür. 10 faizə vəşhi heyvanlar, tülkü, canavar, çaqqal, eləcə də ev heyvanları at, inək, it, hətta siçovul dişləmələri daxildir. Ən çox heyvan dişləmələri və quduzluq Şimal bölgəsində müşahidə olunub. Ötən ilin 5 ayı ərzində heyvan dişləmələrindən dörd ölüm hadisəsi baş vermişdisə? bu il belə fakt hələ ki, qeydə alınmayıb”.

 

Gültəkin ƏLƏSGƏR

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama