Modern.az

Fuad Muradov: “Milli ayrı seçkilik heç kimə baş ucalığı gətirmir”

Fuad Muradov: “Milli ayrı seçkilik  heç kimə baş ucalığı gətirmir”

31 May 2013, 15:02

“Dünyada müşahidə olunan  ksenofobiya cəhdləri heç kimə baş ucalığı gətirmir.  İnterqasiyanın vüsət alıdğı qloballaşma dövründə bu cəhdlər çox bəsit səbəblərdir”.  Bu sözləri Bakıda keçirilən  Mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forum çərçivəsində BMT-nin “Sivilizasiyalararası Alyans” Təşkilatı tərəfindən   “vətəndaş cəmiyyətlərinin gücləndirilməsi” mövsusunda keçirlən panel müzakirəlrədə çıxış edən Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov bildirib.

Dünyada mədəni müxtəlifliyə toxunan deputat bunu mühüm olduğunu vurğulayıb və vətəndaş cəmiyyəti təşkilatlarının bu dəyərlərin təbliğində rolunun vacib olduğunu deyib.   Azərbyacanın mədəniyyətlərarası  inteqrasiya prosesinə böyük töhfələr verdiyini  vurğulayan F .Muradovun  sözlərinə görə, ötən il Bakıda 25 ölkənin iştirakı ilə yaradılmış “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı müxtəlif mədəniyyətlərə malik gəncləri bir araya gətirib. “Rəhbərlik etdiyim gənclər təşkilatı bu mühüm misisyanı üzərinə götürərək tarixi “ipək yolu” üzərində yerləşmiş 27 ölkədə davam etdirir. Biz təkcə çoğrafi deyil, dünyanın paylaşdığı ümumi dəyərlər əsasında birləşməyin tərəfdarıyıq. Bu baxımdan mədəniyyətlərarası dialoq prinsiplərinin təbliğində vətəndaş cəmiyyəti təşkilatları çox böyük imkanlara malikdir”-deyən F.Muradov  bildirib.

 Azərbaycanın çöx mühüm bir regionada yerləşdiyini bildirən deputat  dövlətin mədəni müxtəlfliyin və əməkdaşlığın yaradılması üçün dünyanın qəbul etdiyi prinsiplərə sadiq olduğunu vurğulayıb.


Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama