Milli Məclisin deputatı Aydın Mirzəzadə hazırda xəstəxanada olan xalq artisti Siyavuş Aslana baş çəkəcək. Bu barədə Modern.az-a deputat özü məlumat verib.
“Bu gün Klinik Tibbi Xəstəxanada müalicə olunan istedadlı aktyorumuz Siyavuş Aslanın yanına gedib, ona can sağlığı arzulamaq istəyirəm”-deyə A.Mirzəzadə qeyd edib.
Xatırladaq ki, xalq artisti Siyavuş Aslan səhhətinə yaranan problemlərlə əlaqədar bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.
Modern.az