Modern.az

Rəsmi İrəvandan Qarabağ AÇIQLAMASI: “Azərbaycan qarşımıza 10 şərt qoyub”

Rəsmi İrəvandan Qarabağ AÇIQLAMASI: “Azərbaycan qarşımıza 10 şərt qoyub”

31 May 2013, 15:39


Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi dırnaqarası köməkliyə görə beynəlxalq təşkilatlara təşəkkür edib. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Nalbandyan münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun əvəzsiz xidmətlər göstərdiyini bildirib.

Ermənistanın  beynəlxalq təşkilatlar qarşısında götürdüyü bütün öhdəlikləri yerinə yetirdiyini deyən erməni nazir Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olduqlarını vurğulayıb.

“Biz bu istiqamətdə beynəlxalq ictimaiyyətin dəstəyini gözləyirik. Real dəstək münaqişənin sülh yolu ilə həllinə köməklik edər. Biz Azərbaycandan bənzər addımı atmağı gözləyirik”.

Erməni nazir münaqişənin uzadılmasında Azərbaycanı ittiham edib. O bildirib ki, Azərbaycan onların qarşısına münaqişənin həllinə dair 10 şərt qoyub.

Anar RÜSTƏMOV  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama