Modern.az

İlham Əliyev keçmiş həmkarlarını qəbul edib

İlham Əliyev keçmiş həmkarlarını qəbul edib

31 May 2013, 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Xorvatiya Respublikasının keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Xorvatiya arasında mövcud dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı, bir sıra xorvat şirkətlərinin Azərbaycanda uğurlu fəaliyyəti qeyd edilərək iqtisadiyyatın digər sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi bildirilib.
Görüşdə, həmçinin II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkələrimiz və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Ölkə başçısı daha sonra Bolqarıstan Respublikasının sabiq Prezidenti Georgi Pırvanovu qəbul edib.
Görüşdə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkil olunduğu və mühüm əhəmiyyət daşıdığı vurğulanıb, tədbirdə dünyanın müxtəlif bölgələrindən, o cümlədən Balkan ölkələrindən yüksək səviyyəli nümayəndələrin iştirak etməsi Foruma olan beynəlxalq marağının göstəricisi kimi dəyərləndirilib.
Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, Azərbaycanın və Bolqarıstanın regional əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli rolu qeyd edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama