Modern.az

Təhsil Nazirliyi müəllimlərin işləməkdən imtina etdiyi bölgələrin adını açıqladı

Təhsil Nazirliyi müəllimlərin işləməkdən imtina etdiyi bölgələrin adını açıqladı

31 May 2013, 17:56


“2012-2013-cü tədris ilində ən çox Ağsu, İmişli, Gədəbəy, Lerik və Yardımlı rayonlarından imtahan yolu ilə qəbul olan müəllimlər sonradan bu vəzifədən imtina ediblər”. Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd edilir.

Nazirlik eyni zamanda ümumtəhsil məktəblərində psixoloq ştatların artırılması məsələsinə də münasibət bildirib.
““Azərbaycan Respublikası dövlət ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 №-li qərarına əsasən, ümumi orta və tam orta məktəb, lisey və gimnaziyalara bir vahid psixoloq ştatı verilir. Ümumi təhsil müəssisələrində psixoloq ştatının artırılması ilə bağlı məsələ Təhsil Nazirliyində müzakirə mövzusu deyildir”.   Aytən ƏLİYEVA  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama