Modern.az

ADP ölkə rəhbərliyini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ləğvinə çağırdı

ADP ölkə rəhbərliyini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ləğvinə çağırdı

31 May 2013, 18:01
 

Modern.az xəbər verir ki, Azərbaycan Demokrat Partiyası hüquqşünas, tanınmış vəkil A.İsmayılovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq onun təzyiq və təhqirlərə məruz qalması, ölümlə hədələnməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir.

“ADP Azərbaycan ictimaiyyətinin yaxından tanıdığı, ölkəmizdə hüquqi demokratik dövlətin yaranmasında xidmətləri olan, tanınmış vəkil A.İsmayılovun heç bir qanuni əsas olmadan BMCMİ-nə çağırılaraq, adı çəkilən idarənin əməkdaşları tərəfindən onun təzyiq və təhqirlərə məruz qalması, şəxsiyyətinin aşağılanmasına yönəlik hərəkətlər edilməsi və nəhayət susmadığı halda ölümlə hədələnməsi faktını qətiyyətlə pisləyir və vətəndaşlara qarşı bu cür zorakı aktların həyata keçirilməsinin yolverilməz olduğunu diqqətə çatdırır. ADP millətimiz üçün utanc gətirən  və hiddət doğuran bu  xoşagəlməz hadisəni özbaşınalıq, qanunun aliliyi prinsipinin pozulması və insan haqlarının əleyhinə yönələn fakt kimi dəyərləndirir və bu neqativ hadisənin nəinki milli qanunlara, eləcə də beynəlxalq hüququn insan haqları ilə bağlı əsas müddəasına zidd olduğunu bildirir. ADP bəyan edir ki, bundan əvvəl də adı işgəncələrdə hallanan, demokratik mübarizədə iştirak edən ayrı-ayrı vətəndaşların, tanınmış siyasi liderlərin susdurulması üçün cəza aparatı kimi istifadə edilən bu qurumun beynəlxalq təşkilatların ciddi təkidlərinə baxmayaraq hələ də fəaliyyətini davam etdirməsi onu göstərir ki, hakimiyyət bu idarədən vətəndaşlara qarşı qeyri-qanuni cəza aparatı kimi istifadə etməkdə davam edir. ADP dövlət başçısını bu fakta ciddi hüquqi-siyasi qiymət verməyə, günahkar şəxsləri cəzalandırmağa, bütövlükdə Azərbaycan Konstitusiyası və beynəlxalq hüquqa zidd hərəkətlərə ardıcıl yol verdiyinə görə və beynəlxalq təkidləri nəzərə alaraq bu təşkilatın saxlanılmasının məqsədə müvafiq olması məsələsinə baxmağa çağırıb”.  

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama