Modern.az

YAP-dan AÇIQLAMA: “İlham Əliyev mütləq qalib qələcək”

YAP-dan AÇIQLAMA: “İlham Əliyev mütləq qalib qələcək”

31 May 2013, 18:03

 «Qarşıdan gələn prezident seçkilərində partiyamızın namizədi Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevdir. Bu, təkcə YAP-ın 600 min üzvünün deyil, bütövlükdə Azərbaycan xalqının yekdil rəyi, dəyişməz iradəsini əks etdirir. Çünki Prezident İlham Əliyev ölkəmizdə rəhbərliyi müddətində görmüş olduğu misilsiz işlər nəticəsində Azərbaycan cəmiyyətinin mütləq əksəriyyətinin rəğbətini və sevgisini qazanıb».

Modern.az-ın hakim partiyanın saytına istinadən bildirir ki,bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, ötən seçkilərdə olduğu kimi, bu dəfə də Azərbaycan xalqının arzularını reallaşdıran cənab İlham Əliyev qalib gələcək və bundan sonra da Azərbaycanı qələbələrə doğru aparacaq. Onun sözlərinə görə, son 10 ildə ölkəmizdə minlərlə təhsil müəəsilələri, müasir standartalara cavab verən səhiyyə obyektləri tikilib, geniş, keyfiyyətli yollar çəkilib, körpülər salınıb, tamamilə yeni və müasir infrastruktur yaradılıb.
«Azərbaycan iqtisadi inkişaf sürətinə görə, dünyanın qabaqcıl dövlətləri ilə rəqabət aparır və bir çox hallarda onları qabaqlayır. Mütəmadi olaraq Azərbaycan paytaxtı Bakıda və regionlarda beynəlxalq tədbirlər keçirilir, ölkəmizə yüzlərlə qonaq gəlir. Mən özüm də həmin qonaqlarla görüşürəm. Onlar ölkəmizdəki inkişafa heyran qalıblar. İnanmırlar ki, belə qısa müddət ərzində bu qədər böyük möcüzələr yaratmaq olar. Amma Azərbaycan dövləti bu möcüzələri reallığa çevirib. Təbiidir ki, bütün bunlar Ulu öndər Heydər Əliyev siyasi kursunun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində mümkün olur»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

A.RÜSTƏMOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama