Modern.az

İnstitut direktoru nazirlik rəsmisinin iradı ilə razılaşmadı: “Maliyyə lazımdır”

İnstitut direktoru nazirlik rəsmisinin iradı ilə razılaşmadı: “Maliyyə lazımdır”

16 Fevral 2023, 11:24

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil Nazirliyinin balansına keçən bəzi institutların loqoları hələ də yenilənməyib.

 

Modern.az xəbər verir ki, bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Effektiv kommunikasiya" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

 

O, nazirliyin kommunikasiya əməkdaşlarının elmi müəssisələrlə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayıb, bildirib ki, nazirliyin tabeliyinə keçən bəzi institutların sosial şəbəkələrində hələ də AMEA-nın loqosu qalıb:

 

"Loqonun nazirliyin adı ilə dəyişdirilməsi məqsədəuyğundur. Akademiyanın institutlarının bəzilərinin sosial şəbəkələrində əlaqə nömrələrinin qoyulmaması, orfoqrafik səhvlərin olması, paylaşımların sıx ardıcıllıqla edilməməsi monitorinqlərdə yer alıb".

 

İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev isə nazirliyin tabeliyinə verilən bəzi institutların loqosunun dəyişdirilməməsi və veb-saytların yenilənməməsinin səbəblərini izah edib.

 

O qeyd edib ki, institutlarla bağlı əsasnamə təsdiq ediləndən və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradıldıqdan sonra veb-saytların buna uyğunlaşdırılmasına baxıla bilər: "Bundan başqa məsələnin həlli üçün maliyyə vəsaiti lazımdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq