Türkiyənin İstanbul şəhərində yerli sakinlər etiraz aksiyası keçirib. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Taksim meydanında toplanan xeyli sayda insan Gezi Parkında ağacın kəsilməsi və ticarət mərkəzinin tikintisinə etiraz edib. Aksiya zamanı polislə nümayişçilər arasında qarşıdurma yaranıb, xeyli sayda insan yaralanıb.
Polis aksiyanı dağıtmaq üçün su şırnağı və gözyaşardıcı qazdan istifadə edib. Aksiyaçılar polisə daş və şüşə qablar ataraq özlərini müdafiə etməyə çalışıblar. Nümayişdə 20 mindən çox insanın iştirak etdiyi, 64 nəfərin isə saxlanıldığı bildirilir.Aksiya ilə bağlı açıqlama verən daxili işlər naziri Müəmmər Gülər polislə aksiyaçılar arasında toqquşma nəticəsində 7 nəfərin xəsarət aldığını bildirib.