Modern.az

Nazir müavini döyülən vəkili qəbul etdi: Mənə söz verildi ki...

Nazir müavini döyülən vəkili qəbul etdi: Mənə söz verildi ki...

1 İyun 2013, 01:05

Vəkil Aslan İsmayılov DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində üzləşdiyi zorakılıq hadisəsi ilə bağlı daxili işlər nazirinin müavini Vilayət Eyvazovla görüşüb. Modern.az-ın məlumatına görüş barədə A.İsmayılov bunları bildirib:

”Bugünkü görüş zamanı dünən baş verən hadisəni təfərrüatı ilə daxili işlər nazirinin müavini Vilayət Eyvazova danışdım. O, baş verən hadisəyə görə üzrxahlıq elədi. Görüşdə Vilayət Eyvazovun mənimlə səmimi olduğuna və hadisənin obyektiv araşdırılmasında maraqlı olduğunu gördüm. Daxili işlər naziri Ramil Usubov baş verən hadisənin araşdırılması və ona tam təfərrüatlı ilə məlumat verilməsi barədə göstəriş verib. Vilayət Eyvazov məlumatla tanış olduqdan sonra mənim nazirin özü tərəfindən də qəbul ediləcəyimi bildirdi.
Məni BMCMİ-də təhqir edən Canpolad Daanov və onun yanında olan ikinci şəxs məsuliyyətə cəlb edilməlidir. Əgər o, məsuliyyətə cəlb edilməsə, deməli, mənə verilən vədlərin hamısı sadəcə söz yığınıdır. Nazirin adı çəkilərək mənə hörmətsizlik edilib. Buna görə də, bu problemi DİN rəhbərliyi özü çözməlidir. Mən özümə qarşı edilən təhqirləri heç kimə bağışlamayacağam”.

A.İsmayılov mayın 30-da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Nərimanov rayon şöbəsində rəis müavini Canpolad Daanov tərəfindən təhqir olunduğunu və döyüldüyünü bildirir.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama