Modern.az xəbər verir ki, Rusiyanın Sverdlovsk vilayətinin polisləri beynəlxalq axtarışda olan Azərbaycan Respublikası vətəndaşını həbs ediblər. Adı açıqlanmayan şəxs İnterpol-un Azərbaycan nümayəndəliyi tərəfindən beynəlxalq axtarışa verilmişdi. 2013-cü ildən axtarışda olan azərbaycanlı mayın 27-si axşam polislərin və İnterpol-un rusiyalı əməkdaşları tərəfindən həbs edilib.
Azərbaycandakı yerli banklardan birində kreditor olan şübhəli şəxs ticarət obyektlərindən yığdığı 90 min manatla birlikdə yoxa çıxmışdı. Azərbaycan Cinayət Məcəlləsinin pul mənimsəmə və fırıldaqçılıq maddələri ilə axtarşıda olan şəxsin Azərbaycana ekstradisiyası müzakirə edilir.