Mayın 31-də Ağcabədi rayonunun Gələbədin kəndi ərazisindəki fermada yaşayan Laçın rayon sakini Tural Allahverdiyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq qayınatası Cəbrayıl Hüseynova, qayınanası Güləsərə və qayını Valehə xəsarət yetirib.
DIN mətbuat xidmətinin məlumatına görə, C.Hüseynova, Güləsərə və Valehə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Allahverdiyev tutulub.