Modern.az

"Baku United" İngiltərə çempionu adını qazandı

"Baku United" İngiltərə çempionu adını qazandı

Təhsil

2 İyun 2013, 19:22

Modern.az saytının məlumatına görə, Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsis etdiyi "Baku United" futzal klubu İngiltərə çempionu oldu.

Belə ki, iyunun 1-də Londonun mərkəzi futzal arenasında İngiltərə Milli Futzal Liqasının "Dördlər Finalı"nda rəqiblərinə qalib gələn "Baku United" İngiltərənin ən güclü futzal klubu adını qazandı. 

"Dördlər Finalı"nda "Baku United"dən başqa "Helvecia", "London United" və "Şeffild FK" klubları iştirak ediblər. Püşkatmanın nəticəsinə görə, yarımfinalda "Şeffild"lə qarşılaşan "Baku United" çətin qələbə qazanıb. Hesabı birinci hissədə "Şeffild" açıb. Böyük üstünlüyünə baxmayaraq, "Baku United" hesabı yalnız 2-ci hissənin ortalarında bərabərləşdirə bilib. Oyunun son dəqiqələrində təzyiqi artıran "bakılılar" 2-ci hissənin sonuna 1 saniyə qalmış qələbə topunu vurub. Bu qələbə "Baku United"i finala çıxarıb.

Final oyununda isə "Baku United" son 5 sezonun qalibi olan və braziliyalı legionerlərdən ibarət "Helvecia" klubu ilə qarşılaşıb. Oyun olduqca mürəkkəb və ağır mübarizə şəraitində keçib. Əsas vaxt 0-0 bitsə də, əlavə vaxtda Helvecia hesabı açmağa müvəffəq olub. Bununla belə, böyük azarkeş dəstəyinə malik olan "Baku Unitedi" 2-ci ekstra-taymın son dəqiqələrində bərabərlik qolunu vurub. Penallaşma seriyasında isə "Baku United" inamlı şəkildə 5-3 hesabı ilə qalib gəlib  və İngiltərə çempionu adını qazanıb. 

Beləlliklə, növbəti mövsümdə İngiltərəni UEFA kubokunda "Baku United" klubu təmsil edəcək.

Modern.az  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama