Mayın 31-dən iyunun 2-dək Vyanada bədii gimnastika üzrə 29-cu Avropa çempionatı keçirilib.
Modern.az AzərTAc-a istinadən xəbər verir ki, beş halqa ilə çıxış edən yeniyetmələrdən ibarət Azərbaycan komandası (Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Aleksandra Platonova və Emiliya Baqiyeva) iyunun 2-də final mərhəsində öz kompozisiyasını təqdim edibr. Yüksək peşəkarlıq və texniki hazırlıq nümayiş etdirən qızlarımız finala çıxmış 8 komanda arasında ən yaddaqalan tapşırığı yerinə yetiriblər.
Azərbaycanlı qızlar Ukrayna, Belarus və Bolqarıstan kimi ciddi rəqiblərini qabaqlayaraq, Avropa çempionatının gümüş medalını qazanıblar.
Birinci yeri Rusiya, üçüncü yeri isə Belarus idmançıları tutub. Böyüklər arasında fərdi növlər üzrə final iyunun 2-də olacaq.