Modern.az

Fuad Muradov: “Bu, Azərbaycanın Avropadakı uğurudur”

Fuad Muradov: “Bu, Azərbaycanın Avropadakı uğurudur”

Təhsil

2 İyun 2013, 23:47

Vyanada bədii gimnastika üzrə 29-cu Avropa çempionatında yeniyetmə qızlardan ibarət Azərbaycan komandasının yüksək texnika nümayiş etdirərək 8 komanda arasında 2 yeri tutması və bununla da gümüş medal qazanması çox yüksək qələbədir.

Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov bildirib. Millət vəkili qazanılan qələbə münasibətilə Azərbaycanı, eyni zamanda Gimnastika Federasiyasının rəhbərliyini təbrik edib.

F.Muradov bildirib ki, bədii gimnastika Azərbaycan üçün ən gənc idman növü olsa da, son illər əldə edilən uğurlarla artıq ölkəmizi dünya miqyasında tanıtdıra bilib.

Qeyd edək ki, mayın 31-dən iyunun 2-dək Vyanada bədii gimnastika üzrə 29-cu Avropa çempionatında yeniyetmələrdən ibarət Azərbaycan komandası (Gülsüm Şəfizadə, Nilufər Niftəliyeva, Səbinə Hümmətova, Aleksandra Platonova və Emiliya Baqiyeva) Ukrayna, Belarus və Bolqarıstan kimi ciddi rəqiblərini qabaqlayaraq, Avropa çempionatının gümüş medalını qazanıblar.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama