Modern.az

Buraxılış imtahanlarının cavabları yaxın günlərdə açıqlanacaq

Buraxılış imtahanlarının cavabları yaxın günlərdə açıqlanacaq

Təhsil

3 İyun 2013, 10:17

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı, Sumqayıt şəhərlərində vəAbşeron rayonunda  orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.  

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin gün eyni zamanda Gəncə, Mingəçevir, Lənkəran şəhərlərində,  Quba, Qusar, Balakən, Xaçmaz, Zaqatala rayonlarında rus bölməsi üzrə buraxılış siniflərində təhsil alan şagirdlər də buraxılış imtahanı veriblər. 

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanıb və 2 saat ərzində aparılıb. 

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib.  

Bütün binalarda imtahanlar təlimata uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıbdır. 

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır.  

İlkin məlumatlara əsasən imtahan prosesində bəzi şagirdlər müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən mobil telefonla imtahan binasına keçməyə cəhd,  imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və nəticələri ləğv olunu. 

Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.  

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama