Modern.az

Səfir: “Tərəflər arasında narazılıqları aradan qaldırmaq vaxtı çatıb”

Səfir: “Tərəflər arasında narazılıqları aradan qaldırmaq vaxtı çatıb”

Təhsil

3 İyun 2013, 10:59


“Fransa ATƏT-in Minsk Qrupun həmsədri kimi Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll yollarını axtarmaqda maraqlıdır”.Modern.az xəbər verir ki, bunu jurnalsitlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye bildirib. O deyib ki, Fransa Azərbaycanla xarici işlər nazirləri səviyyəsində ikitərəfli əlaqələri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edir.

“Biz düşünürük ki, tərəflər arasında mövcud olan narazılıqları aradan qaldırmaq vaxtı çatıb. Düşünürəm ki, bəzi düşüncə mərkəzləri regionun gələcəyi üçün nə etmək lazım olduğu barədə fikirləşməlidir”.  

P.Monyenin sözlərinə görə, hər iki ölkənin parlaq gələcəyi barədə düşünməsi vacibdir. “Buna görə də, bu cür tədbirlərdə qəbul olunacaq və Azərbaycanla Ermənistan hökumətlərinə və eyni zamanda ATƏT-in Minsk Qrupuna təqdim olunan hesabatlar münaqişənin həllinə müsbət təsir göstərəcək”.  

Aytən ƏLİYEVA
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama