Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun hərarəti 19-21 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində də iyunun 4-də hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə 25 dərəcə isti olacağı gözlənilir.
Modern.az