Modern.az

Nazir Azərbaycan vətəndaşlarına müraciət etdi

Nazir Azərbaycan vətəndaşlarına müraciət etdi

Təhsil

3 İyun 2013, 13:44

“Yay fəsli ilə əlaqədar meşələrdə yanğınların baş verməməsi üçün tədbirlər görülür”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neft sonrası iqtisadiyyatı” mövzusunda keçirilən Bakı Gələcək Forumunda iştirak edən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. O, qeyd edib ki, tədbirlər görülməsəydi, ölkəmizdə başqa dövlətlərdə olduğu kimi günlərlə yanğınlar müşahidə olunardı. “Hər insan bilir ki, yay ayları isti keçir. Təbii ərazidə onların istirahəti odla müşahidə olunursa, bu təhlükə yarada bilər. İnsanlar bu zaman nə etməli olduqlarını gözəl bilirlər, sadəcə onlara riayət etmək lazımdır. Xüsusən sürücülər diqqətli olmalıdır. Çünki sürücülər və yolda keçən insanlar avtomobilin pəncərəsindən siqaret kökləri atırlar. Buna görə də yanğınların çoxu yollara yaxın yerdə olur”.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycan flora və faunası ilə bağlı “Qırmızı kitab”ın ikinci cildi artıq 2-3 günə hazır olacaq.  

Aytən ƏLİYEVA  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama