Modern.az

“Neftçi“nin Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

“Neftçi“nin Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

Təhsil

3 İyun 2013, 15:03

Bu il Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Neftçi” komandasının potensial rəqibləri bəlli oldu. Modern.az-ın məlumatına görə, flaqmanın rəqibləri bu komandalar ola bilər: “Jelezniçar” (Bosniya və Herseqovina) , “Hafnarfyordur” (İslandiya), “Qyor” ( Macarıstan), “TNS” (Uels) , “Ludoqorets” (Bolqarıstan), “Sliqo Rovers” (İrlandiya), “Şaxtyor” (Qazaxıstan) , “Skenderbeu” (Albaniya), “Birkirkara” (Malta) , “Kliftonvilla” (Şimali İrlandiya), “Vardar” (Makedoniya), “Duaqava” (Latviya), “Nomme Kalyu” (Estoniya), “Fola” (Lüksemburq) və “Sutyeska” ( Monteneqo).

Qeyd edək ki, səpələnmişlər səbətində yer alan son Azərbaycan çempionu bu il nisbətən daha asan rəqiblə qarşılaşacaq. Komanda mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq.

Abbas Quliyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama