Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyun ayının 7-də İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, həmin rayonların buraxılış sinifinin şagirdlərinin imtahana buraxılış vərəqələri //tqdk.gov.az/brxvbi/ saytından yerləşdirilib. Şagirdlər iş nömrəsi və ya şəxsiyyət vəsiqəsinin nömrəsindən və doğum tarixindən ( nümunə: 28/01/1993) istifadə etməklə imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Modern.az