Modern.az

Texniki Humanitar Liseyi təmirə BAĞLANIR

Texniki Humanitar Liseyi təmirə BAĞLANIR

22 Fevral 2023, 10:00

147 nömrəli Texniki Humanitar Liseyin kontingenti müvəqqəti olaraq köçürülür.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, Liseydə təhsil alan şagirdlərin valideynlərinin bir qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi rəhbərliyinin görüşü keçirilib.

 

Bildirilib ki, 147 nömrəli Texniki Humanitar Liseyin yenilənməsi, təhsilalanların tədris şəraitinin daha da yaxşılaşdırılması məsələləri müzakirə olunur.

 

Lisey kontingentinin yaxınlıqdakı ən uyğun yer imkanlarına malik təhsil müəssisələrinin birində (56 nömrəli tam orta məktəbdə) müvəqqəti yerləşdirilməsi nəzərdə tutulur.

 

Müvəqqəti köçürülmə zamanı müəllim və valideynlərin ümumi rəyi nəzərə alınacaq, şagirdlərin normal tədris şəraitinin təmin olunması əsas amil kimi diqqət mərkəzində saxlanılacaq. Bu baxımdan hər hansı narahatlığa ehtiyac yoxdur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan Putinə sərt cavab: Başınıza dəysin!