Modern.az

DİM-dən buraxılış imtahanı ilə bağlı MÜRACİƏT

DİM-dən buraxılış imtahanı ilə bağlı MÜRACİƏT

23 Fevral 2023, 15:18

Məlum olduğu kimi, martın 5-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I hissə), Goranboy, Göygöl, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Lənkəran, Masallı, Astara, Bərdə, Tərtər, Yevlax, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Xızı rayonlarında, həmçinin peşə liseylərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən xəbərə görə, martın 5-də Çilov adasında yerləşən məktəbin, həmçinin tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

 

Buraxılış imtahanında iştirak edəcək şagirdlər //www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=56 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

 

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

 

Qeyd edilib ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər. Peşə liseylərinin şagirdləri həmin liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir