Modern.az

Füzulidəki məktəb yeni tədris ilində istifadəyə veriləcək

Füzulidəki məktəb yeni tədris ilində istifadəyə veriləcək

Təhsil

24 Fevral 2023, 14:42

Özbəkistan tərəfindən Füzuli şəhərində tikilən müasir məktəb yeni tədris ilində istifadəyə veriləcək.

 

Modern.az "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Baxtiyor Saidov Daşkənddə Özbəkistan-Azərbaycan birinci regionlararası forumunda məlumat verib.

 

O qeyd edib ki, bu təhsil ocağı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə tikilir.

 

Xatırladaq ki, Özbəkistan büdcəsinin vəsaiti hesabına tikilən məktəb 960 şagird üçün nəzərdə tutulub. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, akt zalı, idman zalı, yeməkxana, kitabxana yaradılacaq. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa ediləcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır