Modern.az

Nazirdən fəxri adı necə almaq barədə kömək istəyiblər

Nazirdən fəxri adı necə almaq barədə kömək istəyiblər

4 İyun 2013, 18:12

Bu gün gənclər və idman naziri Azad Rəhimov Şirvan şəhərində vətəndaşları qəbul edib. Modern.az xəbər verir ki, qəbulda Şirvan şəhəri, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinləri iştirak ediblər. Ümumilikdə qəbulda yuxarıda qeyd edilən şəhər və rayonlardan 40-dan çox vətəndaş iştirak edib.

Müraciət edən vətəndaşlardan ən çoxu güzəştli ipoteka krediti almaq (12 nəfər) və idman sahəsində fəxri ad almaq üçün (10 nəfər) üçün kömək istəyib. Qalan vətəndaşlar isə rayonlarda gənclər mərkəzinin tikintisi, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi xahişi ilə, gənclərlə iş sahəsində QHT yaradılmasına dəstək üçün, sahibkarlıq fəaliyyəti üçün güzəştli kredit almaq, işə düzəlmə və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama