Müsavat Partiyasi Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şuradan imtina etməsi ilə bağlı xəbərləri təkzib edib. Modern.az-ın məlumatına görə, A.Hacılı Milli Şuradan imtina etmədiyini, haqqında yazılan xəbərlərin yalan olduğunu bildirib.
“Ay müsəlmanlar,mən Milli Şuradan imtina etməmişəm. Belə az informasiyadan qlobal nəticələr çıxarmayın. Bəzi dostlar yazır ki, bəy düz etmisən,bir səviyyəsiz isə yazıb ki,bu heç xoş niyyətlərdən xəbər vermir.
Başqa bir dost yazıb ki,guya mənim Milli Şuradan imtina etdiyimə görə insanlar ruhdan düşüb, daha inqilab olmayacaq. Belə sadə deyil. Əgər yalnız məndən asılı olsa idi nəinki Milli Şuraya,yenidən qazamata,lap ordan o yana gedərdim. Dostlar məyus olmasın, opponentlər sevinməsin.
Nə edəcəyiksə,necə edəcəyiksə məsləhətləşib,ölçüb- biçib xalqımızın ,demokratik düşərgənin mənafelərini nəzərə alıb edəcəyik”-deyə A.Hacılı açıqlama verib.
Anar RÜSTƏMOV