Modern.az

YAP-dan qurultayöncəsi MESAJ: “Ölkəmizdə narazılar çox cüzi səviyyədədir”

YAP-dan qurultayöncəsi MESAJ: “Ölkəmizdə narazılar çox cüzi səviyyədədir”

5 İyun 2013, 11:05

“İlham Əliyevin bu seçkilərdə namizədliyinin irəli sürüləcəyi barədə partiya rəhbərliyinin fikirləri xeyli müddət əvvəl ictimaiyyətə çatdırılıb. Hamıya bəllidir ki, Prezident İlham Əliyevin namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar da müdafiə edirlər. Ancaq rəsmi surətdə bu qərar qurultayda qəbul olunacaq”.
Modern.az
-ın məlumatına görə,bu fikirləri hakim partiyanın saytına açıqlamasında Yeni Azərbaycan Partiyasın (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib.

Partiyanın V qurultayına hazırlıq işlərinin başa çatdığını deyən M.Qurbanlının sözlərinə görə, yerli strukturlar qarşıdan gələn seçkilərə hazırlıq istiqamətində də müəyyən işlər görüblər.

“Partiyamızın qurultayına hazırlıq işləri yüksək səviyyədə başa çatıb. Belə ki, YAP-ın rayon və şəhər təşkilatlarının hamısında konfranslar keçirildi, qurultaya nümayəndələr seçildi. Qurultaya hazırlıq çərçivəsində yerli strukturlar qarşıdan gələn seçkilərə hazırlıq istiqamətində də müəyyən işlər görüblər.

Bildiyiniz kimi V qurultayda Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev partiyamızın növbəti prezident seçkilərində namizədi kimi rəsmən elan ediləcək. Cənab İlham Əliyevin bu seçkilərdə namizədliyinin irəli sürüləcəyi barədə partiya rəhbərliyinin fikirləri xeyli müddət əvvəl ictimaiyyətə çatdırılıb. Hamıya bəllidir ki, Prezident İlham Əliyevin namizədliyini bir sıra ictimai-siyasi təşkilatlar da müdafiə edirlər. Ancaq rəsmi surətdə bu qərar qurultayda qəbul olunacaq.

Partiyanın yerli strukturlarının konfranslarının gedişatında bir daha müşahidə etdik ki, partiyanın bütün üzvləri cənab İlham Əliyevin namizədliyini birmənalı şəkildə müdafiə edirlər. Ümumiyyətlə, bütövlükdə Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir. Prezidentimizin güclü, zəngin, qüdrətli Azərbaycan quruculuğu istiqamətində həyata keçirdiyi siyasət cəmiyətimizdə hamı tərəfindən müdafiə olunur”-deyə YAP rəsmisi bildirib.

M.Qurbanlı həmçinin müxalif düşərgəyə də bəzi mesajlar göndərib:

“Hazırki siyasətə qarşı ölkəmizdə narazılar çox cüzi səviyyədədir və onlar seçkinin nəticəsinə zərrə qədər də təsir etmək imkanına malik deyil. Biz əminik ki, qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevin namizədliyi xalqımız tərəfindən tam müdafiə olunacaq”.

Anar RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama