Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri
Səlim Müslümov Gəncə şəhərində qəbul keçirəcək. Modern.az-ın məlumatına görə, məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün nəzərdə tutulan qəbul iyunun 12-də baş tutacaq. Səlim Müslümov vətəndaşlarla 12 iyun 2013-cü il tarixdə, saat 10.00-da DSMF-nin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin inzibati binasında görüşəcək. Gəncə, Yevlax, Naftalan şəhərlərində, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Daşkəsən rayonlarında yaşayan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar qəbulda iştirak edə biləcək.
DSMF-nın məlumatına görə, iyunun 12-də Yevlax və Naftalan şəhər, Daşkəsən və Goranboy rayon sakinlərinin səhər saat 08.00-da, Göygöl və Kəlbəcər rayonlarının sakinlərinin isə saat 09.00-da Fondun həmin şəhər və rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunacaq.
Qeyd edək ki,qəbula yazılmaq və əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı, habelə Fondun Aparatında (012)-434-12-34 nömrəli, Fondun Gəncə şəhəri Kəpəz rayon şöbəsində isə 022-255-15-52 nömrəli telefonla əlaqə saxlamaq olar.
Modern.az