Modern.az

Ərdoğanın müavini aksiyaçılarla görüşəcək

Ərdoğanın müavini aksiyaçılarla görüşəcək

5 İyun 2013, 12:19

Türkiyənin baş nazirinin müavini Bülənt Arınc Taksim Dirəniş Platformasının üzvləri ilə görüşəcək. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, baş nazirin müavini “Gəzi parkı” aksiyasının təşkilatçıları ilə görüş keçirəcək.

B.Arınc bir neçə partiya üzvünü vasitəçi kimi Taksim Meydanına göndərib.

İstanbulun Taksim meydanında başlayan etiraz dalğası günlərdir Türkiyənin bütün bölgələrində davam edir.

Qeyd edək ki, Baş nazirin müavini dünən açıqlamasında nümayişçilərdən üzr istəmişdi.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama