Modern.az

Ekoloji mövzuda tədbir keçirildi

Ekoloji mövzuda tədbir keçirildi

5 İyun 2013, 12:27

Bu gün BMM-də “Ekoloji problemlərin həllində media və vətəndaş cəmiyyətinin rolu” mövzusunda tədbir keçirilib. Modern.az xəbər verir ki, Avropa Komissiyası, İnternyus Azərbaycan və “Kamil” Vətəndaş İctimai Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən tədbirdə ekoloji problemlərlə bağlı məsələlərə toxunulub. Tədbirdə bu istiqamətdə görülən işlərdən danışılıb. Keçirilən treninqlər, monitorinqlər barədə ətraflı məlumat verilib. Havanın, neftin, torpağın və suyun çirklənməsi haqda da çıxışlar olub. Eyni zamanda çörəyin hazırlanma texnologiyası və spirtli içkilərin də treninqi barədə məlumat verilib.

Vüqar İsmayılov  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama