Modern.az

BBC Brilliant Dadaşovanın “Vokaliz”ini lentə yazdı

BBC Brilliant Dadaşovanın “Vokaliz”ini lentə yazdı

5 İyun 2013, 12:35

BBC radiosu xalq artisti Brilliant Dadaşovanın ifasında  “Vokaliz” mahnısını lentə alıb. Modern.az bildirir ki, bu barədə sənətçi TRT Türk telekanalında yayımlanan Erhan Konukun aparıcısı olduğu “Batıdan doğuya” verilişində məlumat verilib. Proqrama dəvət olunan B.Dadaşova bildirib  ki, xüsusi olaraq bu radio üçün İstanbul studiyalarının birində “Vokaliz” mahnısını ifa edib. Onunla yanaşı radio Alim Qasımovun və Ağaxan Abdullyevin də ifalarında mahnılar lentə alıb.

“Çox sevindim ki, BBC radiosu ilə fikirlərimiz üst-üstə düşdü. Mən də həmişə oranjeman deyil, canlı səsin tərəfdarı olmuşam. Oranjeman mahnılar məni qane etmir. Çünki oranjeman mahnılarda robot, düzəltmə, səslər olur. Şəxsən mən özüm canlı səslı səs dinləyirəm. BBC-də də bildirdilər ki, canlı səs yazmaq istəyirlər. Əlbəttə ki, mən müsiqiçilərimlə bu mahnını onlar üçün ifa etdik”

Qeyd edəki, BBC beynəlxalq radiodur və demək olar ki, dünyanın əksər ölkələrində yayımlanır. O cümlədən Azərbaycanda da. Azərbaycan dili isə BBC-nin dünya xidməti verilişlərinin dünyaya yayımlandığı 43 dildən biridir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama