Modern.az

Ağdamlıları təhqir edən polis rəisindən Ramil Usubova şikayət olundu

Ağdamlıları təhqir edən polis rəisindən Ramil Usubova şikayət olundu

5 İyun 2013, 14:38

QAT sədri Akif Nağı Mingəçevirdə məskunlaşmış ağdamlı məcburi köçkünlərin müraciəti, ağdamlıların polis rəisi Ələsgər Bədəlov tərəfindən təhqir olunması ilə bağlı daxili İşlər naziri Ramil Usubova məktub göndərib. QAT-dan Modern.az-a verilən məlumata görə, A.Nağının məktubinda göstərilir:

”Mingəçevir şəhərində məskunlaşmış bir qrup ağdamlı məcburi köçkün Qarabağ Azadlıq Təşkilatına müraciət edərək polis rəisi, polkovnik Ələsgər Bədəlovun heç bir ölçüyə sığmayan hərəkəti və sözləri ilə bağlı məlumat verib. Bu başabəla polis rəisi Mingəçevir Polis İdarəsinin iclasında ağdamlı köçkünlərin ünvanına təhqiramiz sözlər işlədib, sonra isə bildirib ki, “ermənilər gərək ağdamlıların hamısını qıraydı ki, gəlib bura çıxmayaydılar”. Onun bu sözlərinə orada iştirak edən polis əməkdaşlarından da etiraz edənlər olub.

Ağdamlı məcburi köçkünlər bu sözlərə görə qəzəb içindədirlər, yalnız bir neçə ağsaqqalın məsləhəti ilə hələlik gözləyirlər, bu gün-sabah orada dəhşətli hadisələr baş verə bilər. Polis rəisi Ələsgər Bədəlov artıq qudurub və harınlayıb, onun barəsində dərhal ölçü götürülməlidir. Bu adam haqda yaxşı söz deyən yoxdu. Mingəçeviri pozğunxana, əyyaşlıq, narkomaniya yuvasına çevirdiyini hamı danışır. Mingəçevir partlayış ərəfəsindədir, bu partlayışın qarşısı təcili alınmalı, qudurğan polis rəisi cəzalandırılmalıdır. Hesab edirik ki, hadisələrin qızışmasına imkan verməməli, vaxtında tədbir görməlisiniz”.  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama