Modern.az

"El" Hərəkatı: “Arif Hacılı gəlirsə gəlsin, gəlmir heç gəlməsin!” - AÇIQLAMA

"El" Hərəkatı: “Arif Hacılı gəlirsə gəlsin, gəlmir heç gəlməsin!” - AÇIQLAMA

5 İyun 2013, 14:55


Milli Şura ilə bağlı istər mətbuatda, istərsə də siyasi düşərgədə müzakirələrin ardı-arası kəsilmir. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Milli Şura ilə bağlı ziddiyyətli açıqlamaları müxalif cəbhədə heç də birmənalı qarşılanmır. Düzdür sonradan Milli Şuradan imtina ilə bağlı təkzib versə də, növbəti dəfə “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə təzadlı fikirlər söyləyib. O bildirib ki, Milli Şuranın formalaşmasında müəyyən ədalətsizliklər var.

Modern.az “El” Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevdən məsələyə münasibət öyrənib. O, Arif Hacılını qərara gələ bilməməkdə suçlayıb. “Milli Şurada olmaq istəyir olsun, olmaq istəmir olmasın. Arif Hacılı gah nala vurur, gah da mıxa. Hər bir şeyin həddi-hüdudu var. Bu siyasi oyunlar artıq millət təngə gətirib. Qurtarsınlar bunu”-deyə tənqid edib.

“El” rəsmisi onu da əlavə edib ki, demokratik düşərgə özünün təmizlənmə dövrünü yaşayır. “Bu sayaq təmizlənməklə durulacaq. Su torpağın əziyyətini çəkə-çəkə süzülüb bulaq olur, durulur. Milli Şura da xalqın durulan məqamıdır. Kim bu duruluğu bulandırmaq istəyirsə, özü bilər, Allah bilər”-deyə sərt şəkildə ittiham edib.

Xatırladaq ki, Milli Şura Respublika Günü-28 Mayda elan olunub.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama