Modern.az

Vəkillər Kollegiyası: “Qurban Məmmədovu vəkil kimi təqdim etməyin!”

Vəkillər Kollegiyası: “Qurban Məmmədovu vəkil kimi təqdim etməyin!”

5 İyun 2013, 15:08


Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınmış hüquqşünas Qurban Məmmədovla bağlı açıqlama yayıb. Kollegiyanın mətbuat xidmətindən Modern.az-a daxil olan açıqlama deyilir:

  “Məlum olduğu kimi son günlər bir sıra KİV-lərdə "Vəkil Qurban Məmmədov həsb olundu" və s. bu kimi başlıq və məzmunlu yazılar dərc olunur. Qeyd olunan yazılarda Qurban Məmmədov və Namizəd Səfərov adlı şəxlər cəmiyyətə vəkil kimi təqdim olunublar. Bununla bağlı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər. Beləliklə, adı çəkilən şəxslərin Kollegiyanın üzvləri olmadıqları nəzərə alınaraq onlar barəsində mətbuatda məlumatlar verilərkən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi KİV-lərdən xahiş olunur”.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama