Milli Məclisin növbədənkənar sessiyasının birinci iclası iyun ayının 13-ü keçiriləcək. Parlamentin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, plenar iclasın gündəli artıq məlumdur. Gündəliyə 7 məsələ daxil edilib.
Miqrasiya məcəlləsi layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılacaq;
Azərbaycan Respublikasınının Miqrasiya Məcəlləsinin tətbiqi edilməsi və dövriyyəyə minməsi, bununla bağlı hüquqi tənzimləmə haqqında qanun layihəsi;
İnzibati Xətalar və Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı məsələlər;
“Ölçmələrin Vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılcaq;
“Gömrük Tarifi Haqqında” qanun layihəsi 3-cü oxunuşda müzakirəyə çıxarılacaq;
İctimai İştirakçılıq Haqqında Azərbaycan Respublikasının qanun layihəsi isə 2-ci oxunuşda müzakirəyə çıxarılacaq.
Namidə Bingöl