Modern.az

Taksimdəki etirazçılardan Ərdoğana tələb

Taksimdəki etirazçılardan Ərdoğana tələb

5 İyun 2013, 17:26

Taksim Həmrəylik Platformasının namizədləri Tunisdə olan baş nazir Rəcəb Tayyib Ərdoğana vəkalət edən baş nazirin köməkçisi Bülənt Arıçla etdikləri görüşmədən sonra hökumət qarşısında müəyyən tələblər qoyublar. Modern.az-ın türk mətbuatına istinadən xəbər verir ki, mediaya açıqlama verən Taksim Həmrəylik Platformasının namizədləri Gəzi Parkının park olaraq qalmasını, Topçu Kışlası layihəsinin ləğv olunmasını, Atatürk Mədəniyyət Mərkəzinin dağıdılmamasını tələb ediblər. Platforma namizədləri həmçinin aksiyalardakı məsul vəzifəlilər vəzifələrindən uzaqlaşdırılmasını, qaz bombasının istifadəsi qadağan olunmasını, tutulan xarici vətəndaşlar dərhal sərbəst buraxılmasını və haqlarında heç bir istintaq aparılmamasını hökumət qarşısında tələb kimi irəli sürüblər. Taksim Həmrəylik Platformasının namizədləri həmçinin ifadə azadlığının önündəki maneələrin qaldırılmasını da tələb ediblər.

Gültəkin Ələsgər  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama