Mətbuatın gündəmindən düşməyən Milli Şuranın ilk toplantısının keçiriləcəyi gün açıqlanıb. Modern.az-ın məlumatına görə, bu barədə “El” hərəkatının funksioneri, politoloq Zəfər Quliyev bildirib.
“EL” rəsmisinin sözlərinə görə, Milli Şuranın ilk toplantısı iyunun 7-də keçiriləcək. Toplantıda Milli Şuranın bəyannaməsi və siyahısı təqdim olunacaq.Qeyd edək ki, uzun müddətdir siyasi müstəvidə əsas müzakirə obyektinə çevrilən Milli Şura 28 May –Respublika günündə elan olunub.
Anar RÜSTƏMOV