Türkiyədə günlərdir davam edən etiraz aksiyaları səngimək bilmir. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bugün günün ikinci yarısında Ankarada Taksimdə baş verən olaylara etiraz edən narazı kütlə ilə polis arasında qarşıdurma yaranıb. Qızıl ay meydanında toplanan aksiya iştirakçıları ərazidən uzaqlaşdırmaq istəyən polis qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Aksiyada xeyli sayda yaralının olduğu bildirilir. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Ankarada gərgin vəziyyət davam edir.
Modern.az