Modern.az

Nazir Heydər Əliyev Fondunun Rumıniyadakı Nümayəndəliyində olub - FOTO

Nazir Heydər Əliyev Fondunun Rumıniyadakı Nümayəndəliyində olub - FOTO

6 İyun 2013, 10:03

Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Rumıniyada səfərdədir.

Səfər çərçivəsində nazir İsmət Abasov Rumıniyanın elektron qeydiyyat sistemləri sahəsində ixtisaslaşmış “Siveco” şirkətinin prezidenti xanım İrina Sokol ilə görüşwb. Görüş zamanı şirkət nümayəndələri ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində elektron qeydiyyat sisteminin tətbiqinə dair əvvəllər aparılmış müzakirələrin davamı olaraq, mərhələlər üzrə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb. Nazir İsmət Abasov kənd təsərrüfatı sahəsində aqrar siyasətin həyata keçirilməsinin və dövlət yardımlarının idarə edilməsinin daha səmərəli və əlaqələndirilmiş şəkildə təşkil edilməsi, fermerlər və təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqənin asanlaşdırılması məqsədilə bu şirkətin təcrübəsinin maraq kəsb etdiyini bildirib. Şirkət nümayəndələri tərəfindən elektron qeydiyyat sistemlərinin tətbiqinə dair təqdimat edilib. Nazir İsmət Abasov şirkətin iş prinsipləri ilə yaxından tanış olmaq məqsədilə elektron qeydiyyat və nəzarət sistemlərinə baxış keçirib.

Görüşdə Azərbaycanın Rumıniyadakı müvəqqəti işlər vəkili Fərid Abdinbəyov da iştirak edib.
Nazir İsmət Abasov iyunun 5-də Rumıniyanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Daniel Kristian ilə görüş keçirib. Görüş zamanı iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri çərçivəsində aparılmış müzakiələr və imzalanmış sənədlər, o cümlədən 2011-ci ildə imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında saziş”dən irəli gələn konkret əməkdaşlıq istiqamətləri müzakirə olunub. Nazir İsmət Abasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu iqtisadi siyasət, o cümlədən kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sahədə baş verən dinamik inkişaf barədə öz həmkarına məlumat verib. Hər iki ölkənin üzümçülük və şərabçılıq sahəsində potensialını nəzərə alaraq, bu sahələrdə əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub, nazir İsmət Abasov öz həmkarını 2013-cü ilin noyabr ayında Gəncə şəhərində keçiriləcək 2-ci Beynəlxalq Üzüm və Şərab Festivalına dəvət edib.

Həmin gün nazir İsmət Abasov Rumıniyanın Kənd Təsərrüfatı üzrə Ödəmələr və Müdaxilə Agentliyinin baş direktoru Qeorqe Dorel Benu ilə görüş keçirib. Görüşdə kənd təsərrüfatı sahəsində qeydiyyat sistemlərinin tətbiqi, dövlət tərəfindən subsidiyaların ayrılması, kənd təsərrüfatı heyvanlarının və təsərrüfatların qeydiyyatı barədə fikir mübadiləsi aparılıb.
Daha sonra nazir İsmət Abasov Heydər Əliyev Fondunun Rumıniyadakı Nümayəndəliyinin rəhbəri İqbal Hacıyevlə görüşüb. Nazir İsmət Abasov Nümayəndəliyin fəaliyyətə başladığı dövrdən indiyədək həyata keçirilmiş layihələr, sosial və mədəni tədbirlər, habelə Nümayəndəliyin gələcək planları ilə tanış olub.

Görüşlərdə Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Azərbaycanın Rumınyadakı Səfirliyinin məsul işçisi Anar Şükürov da iştirak edib.

Səfər davam edir və səfər çərçivəsində nazir İsmət Abasovun elektron qeydiyyat sistemləri ilə yaxından tanış olmaq məqsədilə sahə səfəri nəzərdə tutulub.










Modern.az
   
Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama