Modern.az

Kabalye Dağlıq Qarabağa BMT səfiri kimi gəldiyini bəyan edib - QALMAQAL

Kabalye Dağlıq Qarabağa BMT səfiri  kimi gəldiyini bəyan edib - QALMAQAL

6 İyun 2013, 11:43

Şuşaya gedən məşhur opera muğənnisi Xankəndini “xristian adası” adlandırdı

Azərbaycanın işğal altındakı ərazisinə - Dağlıq Qarabağa gələn dünyaca məşhur opera müğənnisi Monserrat Kabalye qanunsuz səfərini davam etdirir. Modern.az bildirir ki, ispan opera muğənnisi səfəri zamanı gözlənilməz açıqlama ilə çıxış edib.

“Mən bura Stepanakertə (Xankəndi-red.) bir müğənni kimi gəlmişəm. Bundan əlavə, mən burda Birləşmiş Millətlər Təşkilatının nümayəndəsi kimi təmsil olunuram. Sizə öz qəlbimi verirəm” –deyə o, çıxışında ermənilərər xitabən vurğulayıb.

Qarabağ haqqında danışan müğənni “bura nəinki xristian adası, həm də xristianlığın köküdür. Mən də sümüyümün iliyinədək xristianam”.

Dağlıq Qarabağdakı separatçı rejimin prezidenti Bako Saakyanla görüşən Kabalye və qızına qızıldan xaç formasında hazırlanmış boyunbağılar hədiyyə edilib.

Xankəndinin ardınca Şuşa şəhərinə də gedən müğənni bundan sonra İrəvana  qayıdıb.

Xatırladaq ki, Monserrat Kabalye iyunun 9-da İrəvan Milli Opera və Balet teatrında konsert vermək üçün Ermənistana səfər edib.

 Vüqar İsmayılov 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama