Modern.az

Sabir Rüstəmxanlı: “Qərargahı Milli Şuraya icarəyə vermişik”- AÇIQLAMA

Sabir Rüstəmxanlı: “Qərargahı Milli Şuraya icarəyə vermişik”- AÇIQLAMA

6 İyun 2013, 12:17

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Şuranın sabaha təyin olunun ilk iclasının VHP-nin qərargahında keçirilməsi ilə bağlı Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, sədri olduğu partiya qərargahını Milli Şuranın iclasının keçirilməsi üçün icarəyə verib.

“Milli Şuranın iclasının VHP-nin qərargahında keçirilməsi bizim partiyanın xüsusi münasibəti ilə bağlı deyil. Bizə müraciət olunur, biz də qərargahı icarəyə vermişik”-deyə bildirən S.Rüstəmxanlı Milli Şurada təmsil olunub-olunmayacağı haqda məsələyə nöqtə qoyduğunu vurğulayıb.

“Bu məsələ ilə bağlı artıq fikrimi bildirmişəm”.

Anar RÜSTƏMOV 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama