Prezident İlham Əliyevin rəsmi Facebook səhifəsində sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlanıb. Modern.az-ın məlumatına görə, müraciətdə ölkə başçısının Facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı sualların cavablandırılacağı bildirilib.
“Bu gündən etibarən Prezident İlham Əliyevin Facebook səhifəsində müxtəlif sahələr üzrə məsul şəxslərin iştirakı ilə vətəndaşları maraqlandıran məsələlərlə bağlı verilən suallar cavablandırılacaqdır. 2013-cü il Azərbaycanda "İnformasiya Texnologiyaları ili" olduğunu nəzərə alaraq ilk mövzunu bu sahəyə həsr edirik. Suallarınızı bu statusa şərhlər (comment) vasitəsi ilə bizə ünvanlaya bilərsiniz. Nəzərinizə çatdırırıq ki, suallar 6-10 iyun, 2013-cü il tarixləri ərzində qəbul ediləcək və hamısı tədricən cavablandırılacaqdır. Eyni məzmunlu sualların təkrarlanmasına yol verməmək məqsədi ilə, sual verməzdən öncə sizdən öncə verilən sualları nəzərdən keçirin.
Bununla bərabər şərhlər vasitəsi ilə sizi maraqlandıran mövzuları və ya sahələri təklif edə bilərsiniz ki, biz növbəti mövzu seçimimizdə sizin istəklərinizi nəzərə alaq”-deyə müraciətdə bildirilib.
//www.facebook.com/PresidentIlhamAliyev?fref=ts
A.RÜSTƏMOV