Modern.az

Sertifikasiya imtahanında bu mövzuda suallar düşəcək

Sertifikasiya imtahanında bu mövzuda suallar düşəcək

2 Mart 2023, 16:50

“Müəllimlərin işə qəbulu imtahanında olduğu kimi sertifikasiya imtahanında da Azərbaycan dili və ədəbiyyat fənni üzrə əsas 4 məzmun sahəsində təhsilverənlərin biliyi yoxlanılacaq”.

 

Modern.az xəbər verir ki, bunu Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva deyib.

 

O bildirib ki, bura oxu, yazı, dil qaydaları, ədəbiyyat və həyat həqiqətləri məzmun sahəsi aiddir: “Bu məzmun sahələri müəllimlərə tanışdır, çünki məktəblərdə onsuz da şagirdlərə məhz bunları öyrədirlər. Sertifikasiya imtahanlarının 50 (Azərbaycan dili 30, ədəbiyyat 20) sualı da məhz bu məzmun sahələri arasında bölüşdürüləcək”.

 

Qeyd edək ki, builki sertifikasiya imtahanlarında Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimlər də iştirak edə biləcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır