
Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putina rəsmən boşanıblar. Rusiya KİV-lərinin məlumatına görə, “Rossiya 24” telekanalına müsahibəsində Lyudmila Putina rəsmən boçandıqlarını təsdiqləyib.
Prezident Vladimir Putin boşanma qərarını Lyudmila Putina ilə birgə qəbul etdiklərini söyləyib. Vladimir Putin və Lyudmila Putina 1983-cü ildə evlənmişdilər. Onların 28 və 25 yaşlı qızları var.
Qeyd edək ki, Rusiya prezidenti Putinlə Dövlət Dumasının deputatı, bədii gimnasitika üzrə dünya çempionu Alina Kabayeva barəsində dəfələrlə söz-söhbət yayılıb, onların sevgili olduqları qeyd edilib.
Məsələn, “Moskkovskiy korrespondent” qəzeti Kabayevanın baş nazir Putinlə olan sevgi münasibətləri saxladığını və Alinanın ondan uşaq dünyaya gətirdiyini yazmışdı. Böyük qalmaqal doğuran bu yazıdan sonra qəzet fəaliyyətini dayandırmağa məcbur olub.
ABŞ-ın “The New York Post” qəzeti də bu ilin əvvəlində Putinin yenidən ata olduğunu yazmışdı. Qəzetin iddiasına görə, tatar əsilli gimnast Alina Kabayevanın Putindən ikinci övladı dünyaya gəlib. Məlumatda qeyd olunur ki, Putinin A.Kabayevadan 3 yaşında bir oğlu var, indi isə qız övladı olub.
Vladimir Putinin sevgilisi olduğu iddia edilən Alina Kabayeva Putinin qızından sadəcə 2 yaş böyükdür.
Alina Kabayeva 2000-ci ildə Olimpiya oyunlarında gümüş medal, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarında isə qızıl medal qazanıb.
Modern.az