40 min abituriyent ali məktəbə sənəd verib

40 min abituriyent ali məktəbə sənəd verib

Təhsil

6 Mart 2023, 10:38

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. 6 mart saat 09:45-ə olan məlumata əsasən, 39129 abituriyent öz ərizəsini təsdiq edib.

 

Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il martın 1-də başlayıb və 15-dək internet vasitəsilə aparılır.

 

Ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak edirlər.

 

İxtisas qrupları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

 

Ərizə qəbulu ilə bağlı xüsusi hallar, imtahanların keçirilməsi, müsabiqə şərtləri, tədris dili və xarici dil imtahanları ilə bağlı xüsusi hallar və digər məsələlərlə verilmiş keçiddə sağ tərəfdə (“Tələbə qəbulu haqqında elan Ali TM”) tanış ola bilərsiniz.

 

Orta ixtisas təhsili müəssisələrinə qəbul haqqında elanın tam mətni ilə buradan tanış ola bilərsiz.

Twitter
Sizə yeni tvit var
Keçid et
3 hərbçimizin əsir götürülməsi xəbəri... - Ermənilər nəyə hazırlaşır?